XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2015 - 17:01

Torpaq sahələrinin icarə müddəti – Dəyişiklik olacaq

Bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişikliklərə baxılıb.

Strateq.az “Trend”-ə istinadən xəbər verir ki, sənəd Məcəlləni təkmilləşdirmək məqsədilə işlənib. Sənədin 50-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur:

“Torpaqdan istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli istifadə on beş ilədək müəyyən oluna bilər, uzunmüddətli istifadə isə xüsusi mülkiyyət olan torpaqlar üçün 99 il, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər”.
 
Sonda müzakirə edilən sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.