XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2017 - 19:32

Azərbaycan əhalisi içki və siqaretə816 milyon manat xərcləyib

Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olub.

Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, ticarət dövriyyəsinin 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,0 faiz və 2,5 faiz üstələyib.