XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 11:22

Gündə iki dilim pendir qanda kalsiumun səviyyəsini normallaşdırır –Azərbaycan həkimlərinin rəyi   

 


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimlərinin təcrübəsi bir çox insanlarda qanda kalsiumun səviyyəsinin normadan aşağı olduğunu göstərir.

ATU-nun mətbuat xidmətindən  bildiriblər ki, bəzi hallarda kalsiumun ümumi səviyyəsinin normada olmasına baxmayaraq, ionlaşmış kalsiumun normadan az olduğu müşahidə edilir. Bu da ən azı uşaqların inkişafına əngəl törədir, böyüklərdə isə bir sıra patoloji vəziyyətlərə səbəb ola bilir.

Normal insanlar üçün gündəlik qəbul edilməli olan kalsiumun miqdarı 1200 milliqramdır. Bunu da bir stəkan süd, bir kasa qatıq, iki dilim az yağlı pendirlə almaq mümkündür. (Azərtac)