XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2017 - 11:51

Yol polisi 6 ayda baş verən yol qəzasında ölənlərin sayını açıqladı –Ölkədə 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına mühüm təsiri olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, cari ilin altı ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 315 nəfər ölüb, 832 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 57 fakt (6,3 faiz) azalıb, ölənlərin sayı 11 nəfər (3,6 faiz) artıb. Yaralananların sayı isə 138 nəfər (14,2 faiz) azalıb. (Azərtac)