XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 14:18

“PalSüd” zavodunun işçiləri etiraz aksiyası keçirib –Şirkətin onlara 1 milyon manatdan çox borcu var

Ötən gün 7-8 ay müddətində əmək haqlarını ala bilməyən “PalSüd” zavodunun işçiləri aksiya keçiriblər.

Bu barədə "Qaynarinfo" məlumat yayıb. Bundan əvvəl də oxşar hadisə baş vermişdi. Təxminən 20 gün əvvəl şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisi ümumilikdə 1 milyon manat dəyərində onlara ödəniləcək vəsaitlərin bir il müddətində gecikdirilməsinə etiraz ediblər. 

Şikayətçilərin sözlərinə görə bu pullar şirkətə süd verən ayrı-ayrı vətəndaşların haqqıdır. Məsələ ilə əlaqədar rəsmi qurumlara məlumatlar verilib. 

Dünən aksiya iştirakçılarından bir neçə nəfər polis şöbəsinə çağrılaraq onlardan şikayət ərizələri alınıb. Aksiyada iştirak edən PalSüd MMC-ni ona 27 min manat borcu olduğunu deyən Sahib Abdullayev zavod rəhbərliyinin aksiya iştirakçıları ilə görüşündə möhlət istədiyini, lakin bu möhlət vaxtının bitdiyini söyləyib.