XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 17:53

Ən çox hansı ölkələrdən İrana müalicə üçün gəlirlər? –   Azərbaycan siyahıda ilk yerdədir

Hər il İrana başqa ölkələrdən 100 mindən artıq tibbi məqsədli turist gəlir. Onların əksəriyyəti Azərbaycan, Ermənistan və İraqdan olan pasiyentlərdir.

Strateq.az bildirir ki, bu barədə “Tehran Tayms” qəzeti məlumat yayıb. 2016-cı ilin martından 2017-ci ilin martına qədər İrana 105 min belə turist gəlib. Tibbi turizmin inkişafı üzrə Şuranın katibi Məhəmməd Əli Feyzəvi deyib ki, İranda xarici ölkələrdən olan pasiyentlərə tibbi xidmət göstərən 35 tibb mərkəzi fəaliyyət göstərir.

İran Səhiyyə Nazirliyinin departament rəhbəri Vahidrza Mohepur bildirib ki, əslində tibbi məqsədli turistlərin sayı 300 mindən çoxdur.

2025-ci ilə qədər turistlərin sayını 4,8 milyondan 20 milyona çatdırmaq niyyətindədir.