XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 21:58

Dünyada İnformasiya texnologiyalarına sərf edilən xərclər sürətlə artır –2017-ci ildə 3,5 trilyon dollar olacaq

“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, qlobal informasiya texnologiyaları (IT) bazarının artım tempi təxminən 2 dəfə artacaq. 2016-cı ildə qlobal IT xərclərinin həcmi 2,5 faiz yüksəlib. 2017-ci ildə IT xərclərinin həcmi 4,5 faiz yüksələrək 2,1 trilyon dollar təşkil edəcək. 2018-ci ildə həmin bazarın həcmi 4 faiz yüksələcək.

Cari ildə informasiya-kommunikasiya texnologiyalarına sərf edilən xərclər 3,5 trilyon dollar məbləğində olacaq ki, bu da ötən illə müqayisədə 2 faiz daha çoxdur. Mütəxəssislərin proqnozuna görə, 2020-ci ilədək İKT həllərə sərf ediləcək qlobal xərclərin həcmi “əşyalar interneti” seqmentinin sayəsində 5,5 trilyon dollara yaxınlaşacaq. Yuxarıda qeyd edilmiş dövrədək “əşyalar interneti” seqmentinin həcmi 1,3 trilyon dollar təşkil edəcək.

2017-ci ildə IT bazarında infrastruktur avadanlığı (serverlər, şəbəkə qurğuları, məlumatların saxlanılması sistemləri və s.), korporativ proqram təminatı və mobil qurğular seqmentlərində ən yüksək artım tempi qeydə alınacaq. 2017 və 2018-ci illərdə serverlərin satış həcmi müvafiq olaraq 4 faiz və 5 faiz artacaq. Bu, “bulud” məlumat mərkəzlərinin operatorlarının “bulud” xidmətlərinə artan tələbatın təmini məqsədilə investisiyaların həcmini artırması ilə izah edilir.

Ötən il qlobal smartfon bazarında “ağıllı” telefonlara tələbatın az olması və bir çox regionlarda intensiv qiymət rəqabətinə görə satış həcminin güclü azalması müşahidə edilmişdi. 2017-ci ilin ikinci yarısında yeni qabaqcıl qurğuların çıxarılması və Çin daxil olmaqla, inkişaf etməkdə olan bazarlarda smartfonların nüfuzetmə səviyyəsinin artımı sayəsində artım tempinin yüksəlməsi gözlənilir. 2017-ci ildə "ağıllı" telefonların satış həcmi 7 faiz artaraq 439 milyard dollar təşkil edəcək.