XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 10:48

Romantik münasibətlər insanı dəyişir – Yeni tədqiqatlar

 

romantik.jpg

Sevgililəri olan dostlar tez-tez deyirlər ki, onlar yeni münasibətlərin başlamasından sonra dəyişiblər. Görünür, onlar haqlıdırlar.

Floridanın Atlantik Universitetinin mütəxəssisləri aydınlaşdırıblar ki, yeniyetmələr sevgili tapana qədər ən azı alkoqol istifadəsində səviyyəsinə görə öz dostlarına oxşayırlar. Bu barədə “The Times of India” yazır.

AZƏRTAC meddaily.ru saytına istinadən xəbər verir ki, tədqiqatlarda 12-18 yaşlı 574 oğlan və 662 qız iştirak edib. Könüllülər öz dostları, tərəfdaşları və istifadə etdikləri alkoqolun miqdarı haqqında danışıblar. Məlum olub ki, romantik münasibətlər qurmuş iştirakçılar tənhalara nisbətən alkoqol istehlakının səviyyəsinə görə dostlarına az oxşayırlar.

Yeniyetmələrin dostluğu ümumi maraqlar üzərində qurulur. Onların həyatında ən mühüm adamlardan biri dostları olur. Lakin romantik münasibətlərin başlanması ilə hər şey dəyişir. Gənc insanların dostları ilə oxşarlıqları sevgililərinin xoşbəxtliyi naminə arxa plana keçir.