XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2017 - 10:31

Sürücülərin cəmi 1,5 faizi sərxoş halda qəza törədib –Baş Dövlət Yol Polisi altı ayın nəticələrini açıqladı

Bu ilin birinci yarısında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 49 faizini (416) piyadaların vurulması təşkil edib.

Baş Dövlət Yol Polisi İdarəsindən  bildiriblər ki, qəzalar nəticəsində 132 piyada həlak olub, 307 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisələrinin 31,1 faizini (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 31,1 faizini (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3 faizini (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,5 faizini (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.