XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 21:46

AMEA:"Mənzillərlə bağlı yaranmış problemin həlli üçün yaxın günlərdə qərar veriləcək"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. 

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.
Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədi ilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış evlərinin inşası üçün ölkənin aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.