XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 13:14

Sabaha olan hava proqnozu –40 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlanıb.

ETSN-dən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  45-55%  olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək. Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.