XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 14:20

Pensiyaçılar üçün dünyanın ən yaxşı və ən pis ölkələrinin adı açıqlanıb –SİYAHI

Pensiyaçıların yaşamaq üçün ən yaxşı və ən pis ölkələrinin siyahısı "Natixis Global Asset Managenment" və maliyyə araşdırmaları xidmətləri provayderi olan "CoreData Research" tərəfindən hazırlanıb. 

"Report" RBC saytına istinadən xəbər verir ki, "Global Retirement İndex" adlanan reytinq cədvəlinə Beynəlxalq Valyuta Fonduna (IMF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrlə BRİC ölkələri daxil edilib. Reytinqdə toplam 43 ölkə iştirak edib.

Reytinqlərin hesablanmasında 4 parametr üzrə 18 indikatordan istifadə edilib. Bu parametrlərə pensiya maliyyəsi, maddi rifah, həyat keyfiyyəti və sağlıq aid edilib.

Qlobal Pensiya İndeksində ilk 5-likdə Norveç, İsveçrə, İslandiya, İsveç və Yeni Zelandiya yer alıb. Son 5-likdə yer alan ölkələr isə Türkiyə, Rusiya, Braziliya, Yunanıstan və ən son sırada Hindistan qərarlaşıb. ABŞ 17, Çin isə indeksdə 38-ci sırada yer alıb.