XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2017 - 19:34

Müəllimlərin işə qəbulunda yenilik –Nazirlikdən açıqlama

İyulun 1-dən 14-dək davam edən proses zamanı 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.

Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi bildirib ki, bu il 2000 nəfər müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək test imtahan mərhələsində iştirak etmədən, birbaşa müsabiqənin müsahibə mərhələsinə buraxılacaq.

"Təhsil Nazirliyinin tətbiq etdiyi yeni qaydaya əsasən ötən il imtahan verib, müəyyən keçid balını toplayanlar bu il test imtahanı vermədən birbaşa müsahibə mərhələsində iştirak edə biləcəklər. Qalanlar isə test imtahan mərhələsinə qatılacaqlar”.

C. Valehov qeyd edib ki, bu ilin iyun ayında həm Bakı şəhərində, həm də regionlarda çalışan və öz iş yerlərini dəyişmək istəyən müəllimlər üçün imkanlar yaradılıb:

 "Nəticədə 1600-dən artıq müəllim çox şəffaf şəkildə həm Bakıda, həm də regionlarda öz iş yerini dəyişə biliblər. Eyni zamanda, yeni qaydalara görə bu və ya digər səbəbdən öz iş yerini dəyişə bilməyən müəllimlər yerlərini dəyişmək istəyirlərsə, onlar müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda iştirak edərək müvafiq vakansiyaya uyğun balı qazanaraq yerlərini dəyişə bilərlər. Bu da builki yeniliklər sırasındadır”.