XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 13:45

Dövlət Xidmətinin rəisi:“Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur”

Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb”.

Bunu açıqlamasındaMədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Onun sözlərinə görə, hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur: “Bu gün üçün deyə bilərəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sabah nə olacaq, o haqda danışmaq tezdir. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsi mümkün ola bilər. Yenə təkrar edirəm ki, bu gün üçün həmin heykəlin yerinin dəyişdirilməsi haqda məndə heç bir məlumat yoxdur”. 

Z. Bağırov əlavə edib ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yol istismarı və nəqliyyatın təşkilini həyata keçirən hər hansı qurumdan müraciət daxil olmayıb. (APA)