XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 12:49

“Xilasedici qayığa minən anda nə baş verdisə, sözü yarımçıq qaldı” – VİDEO

“Son dəfə zəng edəndə dedi ki, uşaqlardan muğayat ol, bəlkə, qayıtmadım. Qayıtmasam, məni bağışla”.

Strateq.az apa.az-a istinadən bildirir ki, bunu “Günəşli” neft yatağında baş verən yanğında itkin düşən 29 neftçidən biri – Şirvan şəhər sakini Bayram Mirzəağa oğlu Qasımovun həyat yoldaşı ülkər Qasımova deyib.

Valideynlərini bir müddət əvvəl itirən Bayram ailənin yeganə övladı olub. 37 yaşlı Bayram ayın 15 gününü dənizdə işləyib. 3 övlad atası olub. Böyük oğlu Məmmədağanın 15, ortancıl oğlu Nurlanın 11 və sonbeşikləri olan qızı Məleykənin isə 6 yaşı var.
 
Qəza anında həyat yoldaşı ülkər xanıma zəng edib:

“Dedi ki, “xilasedici qayığa minirik, burada yanğın baş verib, xilas olmağa çalışırıq, qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla”. Xilasedici qayığa minən anda nə baş verdisə, sözü yarımçıq qaldı. Qışqırıqdan sonra səs kəsildi”.