XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 16:43

İlk sürücüsüz elektroavtobusların satışı başlanır –FOTO

Fransanın “NAVYA” şirkəti ilk elektrik sürücüsüz “ARMA” mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb.

“Hi-News” resursu xəbər verir ki, “lidar” optik ötürücüləri, hərəkət ötürücüləri, “GPS” naviqasiya sistemi və kameralarla təchiz edilən elektroavtobus yolda hərəkət edərək digər avtomobilləri, ağac və piyadalar üçün yol nişanlarını fərqləndirə bilir. Yeni nəqliyyat vasitəsinin sürəti aşağı olsa da, ondan taksi kimi istifadə etmək mümkündür.

“ARMA” artıq Fransa Atom Elektrik Stansiyasının əməkdaşlarını bir dəfəyə 15 sərnişin olmaqla təyinat yerinə çatdırmağa başlayıb.Qeyd olunur ki, mikroavtobus dizellə işləyən digər analoqlarından daha qənaətcildir. Çünki elektroavtobusa texniki xidmət üçün az vəsait tələb olunur, həmçinin elektrik enerjisi benzin və ya solyar yağından ucuzdur, işə sürücü götürməyə isə ehtiyac yoxdur. Elektroavtobusun qiyməti açıqlanmasa da, nəqliyyat vasitəsinin təkcə AES əməkdaşları üçün deyil, hamıya gərəkli olacağı bildirilir. Şirkətin məlumatına görə, yaxın vaxtlarda yığılmasına başlanılacaq avtobusların tədarükləri bu ilin üçüncü rübünə planlaşdırılır.