XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 18:19

Peskov təkzib etdi:"Putinin saatını fantastik qiymətə alan alıcı aldadılıb"

Rusiya Prezidenti Vladimir Putinə aid olduğu iddia edilən saatın “Antiquorum” hərracında fantastik qiymətə satılmasından narahat olan Kreml sözçüsü Dmitri Peskov bu barədə açıqlama verib.

Peskov saatı 1.2 milyona alan alıcının aldadıldığını deyib.

Qeyd edək ki, titanium materialından hazırlanmış “Patek Philipp 5208P Triple Complication” saatı Putinin adına istehsal olunması sənədi ilə birgə satılıb.

“Putinin saatını satdığını iddia edən hərrac, çox güman ki, alıcını aldadıb. Çünki, həmin saatın Putinlə heç bir əlaqəsi yoxdur. Bu, bir marketinq taktikasıdır. Görünüşə görə çox uğurlu bir taktika olub” –deyə Peskov bildirib

O, rus yazar İlya İlfin “12 stul” romanının baş qəhrəmanı olan, hər hadisəni öz lehinə çevirə bilən Ostap Bender xarakterini xatırlayıb:“Belə bir yalanın içinə düşdüyü üçün alıcı adına çox üzüldüm. Ostap Bender hələ də iş başındadır”.