XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 19:41

Dövlət rüsumu haqqında” qanunda dəyişiklik oldu

Prezident İlham Əliyev bu gün “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna da imza atıb.

Strateq.az xəbər verir ki, sənədə əsasən, bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödəniləcək.

Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.