XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 09:17

Azərbaycanda vəfat edənlər arasında kişilərin sayı qadınlardan 2 dəfə çoxdur –STATİSTİKA

Azərbaycanda kişilər qadınlarla müqayisədə daha çox dünyasını dəyişirlər.

Trend-in məlumatına görə, ötən il Azərbaycanda 58179 nəfər dünyasını dəyişib ki, onların da 30968-ı kişi, 27211 nəfəri qadın olub. 2015-ci ildə vəfat edən 54697 nəfərdən 29130-u kişi, 25567-i qadın olub. 2014-cü ildə isə bu rəqəm müvafiq olaraq 55648, 29655, 25993 olub.

2013-cü ildə dünyasını dəyişən 54383 nəfərin 29096 nəfəri kişi, 25287 nəfəri qadın olub.

2016-cı ildə dünyasını dəyişənlərin 1531 nəfəri 15-19 yaşlı şəxslər olub. Onların 1044-ü kişi, 487-i qadın olub