XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 09:20

Xırdalanda yaşayış binasında yanğın –Sakinlər təxliyə olunub

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 69 kv.m olan təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsı yanğından mühafizə olunub. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.