XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 09:46

Muzeylərdə restoran və kafe açmağa icazə verdilər –Tarixi qoruyan məkanlarımız pullu xidmətə keçdi + QİYMƏTLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) muzeylərinin hansı sahibkarlıq fəaliyyət növləri ilə məşğul ola biləcəyi açıqlanıb.

Trend-in məlumatına görə, yeni təsdiqlənmiş "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi qaydası"na əsasən, muzeylər fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə 16 ödənişli xidmət üzrə sahibkarlıq fəaliyyəti həyata keçirəcəklər.

Həmin xidmətlər pullu giriş, ekskursiya xidməti, muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması, fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması, tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi, şəxsi əşyaların bərpası, fondlardakı materiallar haqqında sorğulara izahların hazırlanması, konsert, yubiley, bayram və digər kütləvi tədbirlərin keçirilməsi, sərgi-yarmarkaların təşkili, hərraclar, suvenirlərin satışı üzrə mağazaların fəaliyyəti, xüsusi tədris kurslarının, təlim, treninq və ustad dərslərinin təşkili, kafe, restoran fəaliyyəti, mühazirələrin oxunması və elmi seminarların keçirilməsi, dərnəklərin və məşğələlərin təşkili, mətbəə məhsullarını hazırlamaq, nəşr etmək və satmaq, xronikal və bədii sujetlərin, filmlərin hazırlanması və tirajlanmasıdır.

Qayda ilə pullu giriş və fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması xidmətlərinin xidmət haqları da müəyyən edilib.

Tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi və xronikal və bədii sujetlərin, filmlərin hazırlanması və tirajlanması xidmətlərinin göstərilməsi üzrə nəzərdə tutulmuş fəaliyyət növlərinə görə haqlar isə muzeylərlə fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən ediləcək.

Trend pullu giriş və fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması xidmətləri üzrə müəyyən edilmiş xidmət haqlarını tədqim edir:

MUZEYLƏRİN HƏYATA KEÇİRDİYİ SAHİBKARLIQ FƏALİYYƏTİ NÖVLƏRİ VƏ QİYMƏTLƏRİ

Pullu giriş

7 yaşdan 18 yaşadək şəxslər üçün

3,00 AZN

18 yaşından yuxarı şəxslər üçün

5,00 AZN

Qeyd: Şəhid ailəsinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına və 70 yaşından yuxarı vətəndaşlar üçün giriş pul­suzdur.

Ekskursiya xidməti

7 yaşdan 18 yaşadək şəxslər üçün

1,00 AZN

18 yaşından yuxarı şəxslər üçün

2,00 AZN

Muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması

Foto şəkillərin çəkilməsi

20 AZN

Video çəkilişlərin aparılması

40 AZN

Fondlardakı sənədlərin və şəkillərin surət­lə­ri­nin çıxarılması və qiymətləri

Sənədlərin surətlərinin çıxarılması: A4 formatlı 1səh.

0,04 AZN

Skanlama: A4 formatlı 1səh.

0,05 AZN

Skanlanmış sənədin diskə köçürülməsi

0,40 AZN

Şəkillərin surət­lə­ri­nin çıxarılması

0,60 AZN