XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 11:03

Ər arvadını çəkiclə öldürdü, özünü isə asdı –Bərdədə dəhşətli qətl

Bərdədə dəhşətli qətl hadisəsi törədilib.

Hadisə rayonun Hacallı kəndində baş verib. Kənd sakini Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kuvald"la vuraraq öldürüb. Bundan sonra övladlarına hücum edən S. Əliyev qızı Məleykə Əliyeva və oğlu Murad Əliyevə ağır xəsarətlər yetirib. Daha sonra o, həyətlərindəki ağacdan özünü asıb.

S. Əliyevin övladları qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, vəziyyətləri ağırdır. Hadisənin səbəbləri araşdırılır. (APA)