XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 11:13

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürüldü –Xəsarət alan yoxdur


 Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

 Yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadrat metr sahədə yanıb. Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib. Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.  (APA)