XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 14:32

Xəzərdə faciə –9 və 12 yaşlı iki qardaş dənizdə boğuldu


Ağstafa sakinləri Xəzər dənizində boğulub.

Hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb. Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları – 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb. Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar. Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.