Ukraynanın paytaxtı Kiyevdə iyulun 22-də son 137 ilin ən isti gecəsi qeydə alınıb. Bu barədə Mərkəzi Geofizika Rəsədxanası məlumat yayıb.
Məlumatda bildirilir ki, Kiyevdə həmin gecə temperatur 22,7 dərəcədən aşağı düşməyib və bu, yeni rekorddur.
Qeyd edək ki, son bir həftədə Ukraynada 22-30 dərəcə isti müşahidə olunur.