Meksikanın ölkəmizdəki səfirliyi Bakıda ilk dəfə olaraq Meksika kinosu günlərinə start verir.
Səfirlik azərbaycanlı kinosevərlərə Meksika kinosuna olan nostaljı hissləri yenidən oyatmaq fürsətini itirməməyi məsləhət görür.
Səfirlikdən Strateq.az-a daxil olan məlumata görə, Meksika kino günləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Meksikadakı səfirliyi və Lider TV ilə əməkdaşlığı əsasında 7-11 dekabr tarixlərində Nizami Kino Mərkəzində baş tutacaq. Bu gün, saat 19:00-da tədbirin açılış mərasimi “Səfil Həyatı” filminin nümayişi ilə start veriləcək.
Xatırladaq ki, “Varlılar da ağlayır”, “Sadəcə Mariya” və “Vəhşi Roza” kimi dram əsərləri Azərbaycan tamaşaçılarının sevimli teleseriallarından olub və bu seriallar Meksika mədəniyyətinin daha yaxşı öyrənilməsinə, həm də iki xalqın yaxınlaşmasına xidmət edib.
Qeyd edək ki Bakı tamaşaçıları 8 dekabr, saat 12:00 – “Makario”, 9 dekabr, saat 12:00 – “ümid var”, 10 dekabr, saat 12:00 – “Varislər”, 11 dekabr, saat 12:00 – “Mirvari” filmlərinə baxmaq imkanı əldə edəcəklər.
Strateq.az