XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2017 - 17:09

Tovuzda dəhşətli yol qəzası –Ana ölüb, 3 övladı xəsarət alıb


Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub. Nəticədə “Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları – 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.