XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2015 - 10:16

“Belə hadisə varsa, xoş deyil…” – Deputatdan icra başçısına qınaq

Salyan rayonunun icra başçısı Tahir Kərimovun məktəblilərin müşayiəti ilə gül keçidinin altından keçməsini əks etdirən şəkli sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri icra başçısını “imperator”, “kral”, “kiçik padşah” adlarına layiq görüblər. Tahir Kərimov ciddi qınaq obyektinə çevrilib, onu şagirdləri istismar etməktə suçlayıblar.
Qeyd edək ki, zamanla icra başçılarının yerlərdə “padşahlıq” etmələri barədə mətbuatda müxtəlif məlumatlar yayılıb və onların bu hərəkətləri haqqında ictimai-siyasi xadimlər öz fikirlərini bildiriblər. Lakin görünən odur ki, “kiçik padşahlar” hələ də öz əməllərindən vaz keçmirlər.

Məsələyə münasibət bildirən deputat Fazil Mustafa Modern.az-a açıqlamasında qeyd edib ki, belə şəkillərin yayılma mexanizmi bir qədər fərqli olur:

“çox da dəqiq bilmədiyim bu şəkil haqqında danışmaq istəməzdim. Hansı situasiyada çəkilmiş şəkildir və ya montaj olub-olmadığını bilmədiyim halda fikir bildirə bilmərəm. Hər halda, belə hadisə varsa, xoş deyil. Bunun isə nə dərəcədə həqiqətə uyğun olub-olmadığını bilmək lazımdır. Belə halların olmasını dəfələrlə görmüşük, ona görə də bu məsələdə tam mənası ilə fikir bildirmək çətinlik yaradır. Olubsa, yaxşı hal deyil”.

Qeyd edək ki, sözügedən şəkil Salyan rayon İcra Hakimiyyətinin saytından götürülüb və onun montaj olmadığını qurum rəsmiləri də təsdiqləyiblər, eyni zamanda ittihamlarla razılaşmayıblar.

İcra başçısı Tahir Kərimov bu şəkli Salyanda keçirilən Gül bayramında çəkdirib.