XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 10:16

Azərbaycanda dövlət qulluqçuları daha çoxhansı vəzifələrdə çalışır?

2017-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycandakı dövlət qulluqçularının sayı 30 090 nəfər olub və onların 28,6 faizini qadınlar təşkil edib.

Trend-in məlumatına görə, dövlət qulluqçularının 4 faizi inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 76,2 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 8,1 faizi 1 ilə qədər, 27,4 faizi 1 ildən 5 ilə qədər, 20,9 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Bununla yanaşı, dövlət qulluqçulannın yaş qrupları üzrə bölgüsünə uyğun olaraq, 30 yaşa qədər olanlar 18,5 faiz, 30-34 yaşda 15,2 faiz, 35-44 yaşda 22,1 faiz, 45-54 yaşda 23,2 faiz, 55-62 yaşda 17,7 faiz, 63-64 yaşda 2,1 faiz və 65 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 1,2 faizini təşkil edir.

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,1 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 21,3 faizini məsləhətçilər təşkil edib.

Dövlət qulluqçularının ölkə üzrə orta aylıq əmək haqqı 2016-cı ildə 634,3 manat olub.