XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 12:56

Hansı fənn müəllimləri üçün işəqəbul olmaq çətin olacaq?

Bu il orta məktəblərdə müəllim işləmək istəyənlər üçün keçirilən müsabiqədə ən yüksək rəqabət vəziyyəti Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə yaranacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin yerlər üzrə müsabiqəyə təqdim edilən vakant yerlərin sayı digər ixtisaslara nisbətən daha az, sənəd təqdim edən namizədlərin sayı isə daha çoxdur.

E.Bağırov adətən, müsabiqələrdə həmin fənlər üzrə nəticələrin daha yüksək olduğunu da açıqlayıb.

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günü olduğunu deyən E.Bağırov qeyd edib ki, bu il müsabiqəyə təqdim edilən vakant yerlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur.

Onun sözlərinə görə, bu il təxminən 8 min vakant yerinə 47 min namizəd sənəd verib. Vakant yerlərin əksəriyyəti ibtidai sinif ixtisası üzrədir.

Test imtahanının keçirildiyi ilk günlərdə ibtidai sinif müəllimliyi üzrə sənəd verənlərin imtahanlara dəvət olunduğunu deyən E.Bağırov ümumilikdə, müəllimlərin işə qəbulu imtahanlarının avqustun 5-də yekunlaşacağını söyləyib.