XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 15:54

Nazir:"İstəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər..."

"Biz istəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər, həm də mədəniyyət ocaqlarının imkanlarından faydalansınlar".

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.

Nazir bildirib ki, turizm şirkətlərinin koordinasiyası qarşıda duran ən mühüm məsələlərdəndir:

"Mən tam əminəm ki, biz Naxçıvanı dünya ictimaiyyətinə, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq olacağıq. Görülən işlər buna əsas verir. Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün İslam dünyasının Azərbaycana marağının artmasına səbəb olub. Eyni zamanda, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması və silsilə tədbirlərin təşkili İslam dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə sahib olduğunu təsdiq edir. Azərbaycan öz multikultural ənənələri ilə seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün silsilə tədbirlər keçirilməlidir”.