Biləsuvarda qətl hadisəsi baş verib.
Rayonun Günəşli kəndində 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızı qohumu tərəfindən güllələnərək öldürülüb. Hadisəni törədən şəxs S. Qasımovanın qohumu, 2008-ci il təvəllüdlü Bəxtiyar Rafiq oğlu Gözəlovdur. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Ov tüfəngi ilə ehtiyatsız davranan 9 yaşlı R. Gözəlov S. Qasımovaya atəş açaraq öldürüb.
Hadisə yerində Biləsuvar rayon prokurorluğunun əməkdaşları çalışır. (APA)