XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 12:41

Yevlaxda meşədə gizli əkilmiş çətənə kolları tapıldı –Nazirlik reyd keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib.

Nazirlikdən verilən məlumata görə, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.

ETSN-nin tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.