XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 15:09

Güləş üzrə çempionlarımız və komanda yoldaşları etiraz aksiyası keçirib:“15 aydır maaş üzünə həsrətik...”

Bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçirib.

Tanınmış olimpiya çempionları, idmançılar Güləş Federasiyasının qarşısına toplaşıblar. Onlar  Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayət ediblər.

Dünya çempionu Rəsul Çunayev müxbirimizlə söhbərində 15 aydır ki maaş ala bilmədiklərini və dünya çempionatına 3 ay qalmasına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmədiklərini söyləyib:

"Bizim işimiz çıxıb güləşməkdir. Bizdən qalibiyyət gözləyirlər. Axır biz bu şəraitdə necə qalib olaq? 15 yadır ki, maaş ala bilmirik. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər. Etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum". 

Tanınmış idmançı Hacı Əliyev də etiraz edənlər arasında olub. O da, rəhbərliyin prezidentin tapşırıqlarına əməl etmədiyini, əksinə idmançıları ölkədən qaçırtdığını deyib:

"Bu gün bura çıxmağa məcbur qaldıq. Aramızda maaş ala bilmədiyi üçün moykada işə düzələn idmançılar var. Prezidentin idmanımızın inkişafı ilə bağlı tapşırıqlara bu federasiyada əməl edən yoxdur. Riodan qayıdanqanlar hələ də mükafatlarını ala bilməyioblər. Nə həkim yoxlanışından keçə bilirik, nə də idman zallarımız normaldır. Çox pis vəziyyətdəyik" .

Etiraz edənlər arasında olimpiya çempionu Toğrul Əsgərov da olub. Bir müddət öncə Türkmənistan milli komandasında təklif aldığını etiraf edən T.Əsgərov maaşlarını ala bilmədikləri üçün federasiya rəhbərliyindən şikayət edib. 

Qeyd edək ki, Güləş Federasiyanının rəhbəri Vergilər Naziri Fazil Məmmədovdur. (azxəbər.com)