XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 21:29

Polşa quş qripindən azad ölkə elan olundu –Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Polşanı quş qripindən azad ölkə sayıb.

Belə ki, ev quşları üçün ölümcül olan bu xəstəliyə yeni yoluxma faktları son üç ayda Polşa ərazisində müşahidə olunmayıb. Sonuncu H5N8 ocağı bu il aprelin sonunda aşkar edilmişdi.

Polşa Avropada quş əti istehsalı sahəsində lider olduğu üçün bu statusun əldə edilməsi onun dünya bazarındakı ticari mövqeyini yaxşılaşdıracaq.

Polşa Quş Əti İstehsalçıları Şurasının sədri Lukaş Dominyak bildirib ki, Afrikadakı və Asiyadakı biznes tərəfdaşları ən qısa müddətdə bu barədə məlumatlandırılacaqlar.