XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 10:07

Üç nəfər intihar etdi –Özünə qəsdin səbəbləri hələlik məlum deyil

Azərbaycanda iki intihar hadisəsi qeydə alınıb.

Göyçay rayonunda baş verən intihar hadisəsi  rayonun Qaraməryəm kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

Digər hadisə Bakı şəhərində  baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan 1962-ci il təvəllüdlü Əfail İbrahim oğlu Veysəlov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Daha bir intihar isə Lənkəranın Girdəni kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Əkrəm Qəhraman oğlu Kərimov yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qıyması isə hələlik məlum deyil.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maadəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir. (report)