XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 07:13

Sabiq məktəb direktorunu döyən şəxs: “Borcu var idi” (VİDEO)
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları axtarışda olan şəxsi saxlayıb.
O, qadını döydüyü və cinayət işini araşdıran məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilmişdi.
apatv.az-ın məlumatına görə, 33 yaşlı Vurğun Mehrac oğlu Hacıyev təxminən 6 ay əvvəl vətəndaş İradə Murğuzovanı döydüyü üçün qadın ondan polisə şikayət edib. Vurğun Hacıyevin  barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq yekunlaşdıqdan sonra məhkəməyə göndərilib.
 
Vurğunun törətdiyi cinayət əməli yüngül olduğundan, barəsində həbs-qətimkan tədbiri seçilməyib. Amma məhkəmə başlayanda proseslərdə iştirakdan yayındığı üçün barəsində axtarış elan edilib. O, Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılaraq, yenidən məsuliyyətə cəlb olunub.
 
Məhkəmə proseslərində iştirakdan yayındığını etiraf edən Vurğun Hacıyev İradə Murğuzova ilə aralarındakı münaqişənin səbəblərini açıqlayıb:
 
“Borclu idi. Məndən 23 700 manat pul alıb. 3700 manatlıq parket, 20 min manat da pul alıb ki, sənə bələdiyyə sənədi ilə 2 hektar torpaq verəcəm. Mən də pulu vermişəm. İndi nə pulumu verir, nə də torpağı”.
 
Saxlanılan şəxsin sözlərinə görə, o qadını vurmayıb:
 
“Mən qadını vurmadım. Dedim ki, maşınının açarını ver mənə, get mənim pulumu gətir. Mübahisə elədiyimiz yerdə başı dəydi maşının qapısına, burnu qırıldı. Ona görə də məhkəməyə vermişdilər. Mən də məhkəməyə getməmişdim”.
 
Qeyd edək ki, İradə Murğuzova Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru işləyib. O, ötən ilin sentyabrında işdən uzaqlaşdırılıb.