XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2015 - 09:23

1997-ci ildə Xəzərdə vertolyot qəzasında sağ qalan yeganə neftçi: “Bu hadisə məndə dərin kədər yaratdı…”

muslum-neftci-qeza.jpg

“Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 7 nəfərin həlak olması, 23 nəfərin itkin düşməsi məndə dərin kədər və təəssüf hissi yaratdı”.

Strateq.az xəbər verir ki, bu sözləri 1997-ci ilin oktyabrın 2-də Xəzər dənizində baş verən vertolyot qəzasında 22 nəfər neftçidən yeganə sağ qalan 28 May adına Neft-Qazçıxarma İdarəsinin keçmiş qazmaçısı Müslüm Abdulbağı oğlu Nurəliyev  deyib.

O bildirib ki, dekabrın 4-də baş verən faciə onu 1997-ci ilə qaytarıb: “Həmin ilin oktyabrında biz 22 nəfər neftçi dekabrın 4-də baş verən yanğının olduğu 10 saylı platformanın yaxınlığındakı iş yerimizə – 15 saylı platformaya gedərkən vertolyotda qəzaya uğradıq. Mən ağır xəsarətlər aldım, sağlamlığımı itirdim, 1-ci qrup əlil oldum. çox təəssüf ki, mənimlə birgə vertolyotda olan 21 iş yoldaşım, o cümlədən qardaşım həlak oldular. Bəli, dekabrın 4-də 10 saylı platformada baş verən güclü yanğın nəticəsində həyatını itirənlər, itkin düşənlərin axtarışları məni 1997-ci ildə yaşadığımız o sarsıntılı günə qaytardı. Ağır və sözlə ifadə edilməsi mümkün olmayan hadisədir. Bu hadisə təkrar olaraq qəlbimdə dərin yara açdı. Allahdan həlak olanların hamısına rəhmət diləyirəm, itkin düşənlərin tezliklə sağ-salamat ailələrinə dönmələrini, xəsarət alanlara isə cansağlığı arzulayıram”.

Keçmiş neftçi itkin düşənlərin axtarışına dövlət qurumlarının səfərbər edilməsini də təqdir edib və buna görə ölkə prezidenti İlham Əliyevə, həmçinin SOCAR-ın, FHN-nin və digər qurumların rəhbər və sıravi əməkdaşlarına da təşəkkür edib: “çox sağ olun ki, həlak olanların, itkin düşən və xəsarət alanların bütün problemlərini də diqqətə alıb, həllini sürətləndirirsiniz”.

Müslüm Nurəliyev sayta açıqlamasında onu da qeyd edib ki, o və ailə üzvləri bu gün doğulduqları Masallı rayonunda dekabrın 4-də həlak olanların xatirəsinə ehsan veriblər: “Allah onların hər birinə rəhmət eləsin. öz adımdan, ailəm adından həlak olanlarrın ailələrinə bir daha dərin hüznlə başsağlığı verirəm! Dövlətimizə, millətimizə isə “keçmiş olsun” deyirəm. Başın sağ olsun, Vətən!”