XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 13:20

Almaniyada dizel yanacağı ilə işləyən maşınların istismarıqadağan edilir

Gələn il yanvarın 1-dən Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək.

Qərar Almaniyanın Ətraf Mühiti Qoruma Təşkilatının tələbi əsasında Ştutqart İnzibati Məhkəməsi tərəfindən qəbul edilib.

Buna səbəb, dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir. Məhkəmə qərarında deyilir ki, həmin zərərli maddələrin azaldılması mümkün deyil. Buna görə də, dizel mühərrikli avtomobillərin ümumiyyətlə, yollara çıxmasına qadağa qoyulacaq. (Report)