XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 13:38

Bakıda film kimi qızqaçırma cəhdi –Qaçırılan qız maşını polis postunun üstünə sürdü

Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb.

Hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki "Sədərək” ticarət mərkəzində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən, bir neçə şəxs sürətlə yaxınlaşıb və onu zorla maşına mindirərək aparıblar.

Avtomobil Salyan rayonu ərazisində olarkən qarşıda polis postunun olduğunu görən qız sürücüyə hücum edərək sükanı onun əlindən almağa çalışıb və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

Yol polisi əməkdaşları avtomobilin şübhəli olmasını müəyyən edən kimi onları saxlayıblar və zorla qaçırılan qızı xilas ediblər. Qızı Saatlı rayonuna aparmaq istəyən 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Rüstəm oğlu və daha bir nəfər tutularaq Qaradağ rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir. (Lent.az)