XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 14:35

Milli Kulinariya Mərkəzinin direktoru:“Muğam səslənəndə şirniyyat, saz çalınanda ət yeyilməlidir”

“Kulinariya ilə bağlı heç bir elmi tədbirə Ermənistan dəvət edilmir. Bu müstəvidə artıq uğura nail olmuşuq. Dünyada 2 böyük kulinariya təşkilatının birinə mən sədrlik edirəm. Biri YUNESCO-nun nəzdində olandır.  Digərində isə mən prezidentləri dəyişdirmək səlahiyyətinə malikəm. Bu gücə çatmaq lazımdır. Biz artıq buna çatmışıq.

Strateq.az bildirir ki, bu sözləri 1905.az saytının keçirdiyi dəyirmi masada Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Azərbaycan mətbəxinin təbliği ilə bağlı problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan mətbəxindən oğurladığı yeməklərin tarixi ötən əsrin əvvələrinə çıxır: “Bir dəfə Ermənistan Elmlər Akademiyası nümayəndəsini dəvət etdim və təklif etdim ki, məhkəmə təşkil edilsin. Onlar bir tərəfdə, biz də bir tərəfdə əyləşək və qərar verilsin ki, məsələn, dolma kimindir. Çünki onların  mətbəximizi necə özünüküləşdirmə tarixini bilirəm. Arqumentim var idi.

Baş kulinarın sözlərinə görə, Türkiyədə 1871-ci ildən 1926-cı il kimi türk dilində erməni əlifbası kulinariya kitabları çıxıb. O kitabların içərisində erməni mətbəxinə aid heç nə yoxdur. 1931-ci ildə isə 15 erməninin yazısı ilə İstanbulda kulinariya kitabı nəşr edilib. 800 səhifədən ibarət. 700 dəsturdan heç biri erməni mətbəxinə aid deyil: 1930-cu ildə Mesropyan Azərbaycanda erməni məktəbini öyrətməyə başlayır. Bu kitab 1940-cı ildə çıxır. 40 Azərbaycan xörəyinin dəsturu  ilə. Həmin kitabda 1959-cu ildə Ermənistan Nazirlər Kabinetinin göstərişi ilə 200-ə yaxın yeməyimiz müzakirəyə qoyulur. Və 1960-cı ildə Ermənistan  milli yeməklərindən bəhs edən kitaba daxil edilir. 1985-ci ildə o kitab təkrar nəşr edilir və bütün yeməklər erməni yeməyi kimi təqdim edilir. Belə arqumentləri ortaya qoyanda biz qalib gələ bilirik. Ona görə çalışmalıyıq ki, faktlara əsalanıb səsimizi qaldıraq.

T. Əmiraslanov bildirib ki, Dünya Xalq Yaradıcılıq Təşkilatında idarə heyətinin üzvüdür. 2010-cu ildə 54 ölkənin iştirakı ilə  təşkilatın 35 illik yubileyində “Azərbaycan mətbəxi və Azərbaycan musiqisi” adlı məruzə ilə çıxış edib: Biz göstərdik ki, muğam bizimdir. Muğam səslənəndə ət yox, şirniyyat yeyilməlidir. Mən mütəxəssis kimi musiqini elə verə bilərəm ki, o daha şirin dadsın və ya əksinə. Saz olanda ət yeməlisən. Koroğlu əlinə tar, kamança çala bilməzdi.

Tahir Əmiraslanov xatırladıb ki, Heydər Əliyev hələ 90-cı illərin əvvələrində xaricdə Azərbaycan restoranlar şəbəkəsinin  yaradılması ilə bağlı təklif verib.

“1998-ci ildə Azərbaycanda Gənclər Proqramı çərçivəsində kulinariya olimpiadaların keçirilməsi tapşırığı verilmişdi. Heydər Əliyevin sərəncamında mətbəxlə bağlı iki sətir yer alıb. Dövlət və özəl sektorun köməyi ilə xaricdə Azərbaycan restoranlar şəbəkəsinin  yaradılması, milli yeməklərimizin öyrənilməsi və Bakıda tətbiqi. Heydər Əliyevin xaricdə restoranlar şəbəkəsinin yaradılması ideyası möhtəşəm ideya idi. Bununla həm mətbəximiz inkişaf edəcək, həm irsimiz qorunacaq və tanınacaq. Məncə biznesmenlərimiz bu sahəyə diqqətli olmalıdırlar”

T. Əmiraslanovun sözlərinə görə, hazırda Rusiyanın bütün satış mərkəzlərində düşbərəninin satışına nail ola biliblər: “Biz həm də bu yolla mətbəximizi dünyaya yaya bilərik. Ermənilər satışda belə  “erməni paxlavası” yazırlar,  biz isə  sadəcə paxlava. Olmazmı ki, biz də Azərbaycan paxlavası, Gəncə paxlavası sözlərini yazaq? Belə xırda məsələlər də diqqətli olmalıyıq”.