XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 14:52

Bakıda heyvana qarşı vəhşi davranış kəskin etiraz doğurdu –Yaralı iti maşına bağlayıb sürüdülər  -VİDEO

Bakıda itə qarşı vəhşilik olub.

APA TV-nin məlumatına görə, sosial şəbəkələrdə yayılan video görənləri heyrətləndirib. Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Yük maşınında əyləşən gənclər itin boynuna zəncir keçirərək, onu sürüyüblər. Bu vaxt maşın 50-60 km/saat sürətlə hərəkətdə olub.

Onları görən başqa avtomobildə hərəkətdə olan xanımlar maşına yaxınlaşaraq, nömrə nişanını mobil telefonla çəkiblər. Bundan sonra maşını saxladıb, onların əlindən itin zəncirini alıblar.

Onları məzəmmət etməyə başlayan qadınlarla gənclər arasında mübahisə yaranıb.