XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 21:38

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı ittihamlara cavab verdi –VİDEO

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Strateq.az Xəzər TV-yə istinadən bildirir ki, imtahan verən müəllimlərin ən böyük iradı suallarla bağlı idi. 

Belə ki, imtahan ərəfəsində və ya imtahandan sonra müəllimlər hansı sualları səhv yazdıqlarından xəbərsiz olduqlarını deyirlər. Hətta bəzi sualların qoyuluşundan da narazılıqlar var

Təhsil Nazirliyinin rəsmisi Eşqi Bağırov deyir ki, həmin suallarda səhv ola bilməz. Çünki suallar dəfələrlə ekspertizadan keçirilib.

Nazirlik rəsmisi mövcud yerlərin vakant yer kimi göstərilməsi iddiasına da cavab verdi.

Təhsil Nazirliyi keçid balından yuxarı nəticə toplayan müəllimlərə ayın 5-dən müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış saytdakı şəxsi səhifələrinə tez-tez daxil olmaları tövsiyə edilir. Çünki 5 avqust tarixindən sonra vakansiya seçimi mərhələsinə start veriləcək.