XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 00:30

Bakıda bir küçənin iki adı var –VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində eyni adda bir neçə küçə var. Eyni adlı ünvanların olması həm vətəndaşların, həm də dövlət qurumlarının fəaliyyətinə mane olur.

Hətta taksi sürücüləri də sifariş olanda çox vaxt səhv ünvana gəlirlər. Eyni adlı küçələr bir-birindən uzaq olduğu üçün taksi xidməti ilə vətəndaşlar arasında ödəniş məsələsində problemlər yaşanır.

Məsələ ilə bağlı Yasamal Rayon İcra hakimiyyətinə müraciət etdik.

Bildirdilər ki, küçələr və ünvanlama ilə bağlı bütün səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Komitədən isə əksini bildirdilər, dedilər ki, ünvanların verilməsi onların deyil, icra hakimiyyətinin səlahiyyətindədir. /xezerxeber.az