XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 14:28

Diplomatik korpusların əməkdaşları və əcnəbi jurnalistlərin sürücülük vəsiqəsinin dəyişdirilməsi qaydaları –DİN-dən təlimata dəyişiklik

Azərbaycanda akkreditə olunmuş xarici mətbuat orqanlarının əməkdaşlarının sürücülük vəsiqələrinin dəyişdirilməsi Xarici İşlər Nazirliyinin (XIN) vasitəçiliyi ilə həyata keçirilməyəcək.

Daxili İşlər Nazirliyi bununla bağlı “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

Dəyişiklik iyulun 28-dən qüvvəyə minib.

Təlimata əsasən bundan əvvəl  Xarici ölkələrin diplomatik, səfirlik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların, akkreditə olunmuş mətbuat orqanlarının əməkdaşlarının və bunlara bərabər tutulan digər şəxslərin qüvvədə olan xarici və ya beynəlxalq sürücülük vəsiqəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə vəsiqə sahibləri tibbi müayinədən keçmədən və müvafiq imtahanlara cəlb edilmədən milli nümunəyə dəyişdirilib. Dəyişikliyə əsasən artıq yalnız Xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvlərinin qüvvədə olan sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahiblərinin malik olduqları kateqoriyalar saxlanılmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ı ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirməlidir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin ərizəsi əsasında ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsi (QİŞ) və ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış məntəqələrində (QİM) imtahansız, əvvəllər malik olduğu kateqoriyalar saxlanılmaqla 30 dəqiqə ərzində həyata keçirilir. Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə həmin icazənin notarial qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.

APA