Azərbaycanda dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır.
Strateq.az report.az-a istinadən xəbər verir ki, belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.
Yeni məcəllənin 305-ci maddəsinə əsasən, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə 40 manat məbləğində cərimə tətbiq ediləcək.
Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, belə qanun pozuntusu törədən şəxslərə xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilirdi.