XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 13:57

“Azəristiliktəchizat”ın nizamnamə kapitalı7 dəfə artırılıb

Nazirlər Kabineti "Azəristiliktəchizat" ASC-nin nizamnaməsinə dəyişiklik edib.

"Report" xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, şirkətin nizamnamə kapitalı 7,1 dəfə artırılaraq 19,266 mln. manatdan 136 684 980 manata çatdırılıb.

Bunun üçün səhmdar cəmiyyətin dövriyyədə olan, 20 manat məbləğində nominal dəyərə malik səhmlərinin sayı 963 300-dən 6 835 249-a artırılıb.

“Azəristiliktəchizat”a, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.