XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 05:55

May ayında 4 gün qeyri-iş günləri olacaq – Rəsmi
May ayında ölkədə nəzərdə tutulan qeyri-iş günləri ilə bağlı məlumat açıqlandı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Strateq.az-a verilən məlumata görə, gələn ay, “9 may – faşizm üzərində qələbə günü” istirahət gününə təsadüf etdiyi üçün növbəti 2 gün ərzində də – 10 və 11 mayda da qeyri iş günləri olacaq. Nəticədə 9, 10 və 11 may tarixləri qeyri-iş günləridir. Həmçinin 28 may – Respublika Günü də qeyri-iş günüdür.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü, 11 may istirahət günü hesab olunur. 9 may şənbə gününə düşdüyü üçün, Əmək Məcəlləsinə əsasən növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.