XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 10:47

Son 67 il ərzində 8 milyard tondan çoxplastik kütlə istehsal edilib

Amerika alimlərinin araşdırmalarına görə, 1950-ci illərin əvvəllərindən sintetik materialların genişmiqyaslı istehsalına başlayan insanlar bu vaxtadək 8,3 milyard ton plastik kütlə hazırlayıblar.

Azərtac "Science Advances" dərgisinə istinadla xəbər verir ki, 6,3 milyard ton plastik material hazırda tullantıya çevrilib. Onlardan 9 faizi təkrar emal olunub, 12 faizi yandırılıb, 79 faizi isə tullantı poliqonlarına və təbii mühitə atılıb. 2010-cu ildə 8 milyon ton plastik kütlənin okeanlara atıldığı məlum olub. Bu tendensiya davam edərsə, 2050-cı ilə qədər poliqonlarda və ətraf mühitdə 12 milyard ton plastik tullantının toplanacağı bildirilib.

Tədqiqatçıların hesablamalarına əsasən, plastik kütlənin yarısı son 13 ildə istehsal edilib. Qlobal səviyyədə isə plastik kütlənin istehsalı 1950-2015-ci illər arasında 2 milyon tondan 400 milyon tona yüksəlib.

Alimlər biodeqredasiyaya uğramayan həmin tullantıların yüz, hətta min il boyunca təbiətdə qaldıqlarını söyləyiblər.