XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 23:28

Almaniyada zibil qutularının üzərinə türk adları yazıldı –Bələdiyyənin bu qərarı hiddət doğurdu + FOTOLAR

Almaniyada bələdiyyənin zibil qutularının üzərinə yazdığı türk adları etiraza səbəb olub.

Belə ki, Almaniyanın Duysburq şəhərində zibil qutuları üzərinə “Zibili buraya at, Mehmet” (Mach et, Mehmet), “Zibili buraya at, Gülcan” (Mach et, Gülcan) kimi yazılar yazılıb.

Bu, bölgədə yaşayan türklər tərəfindən etirazlara səbəb olub.

Bələdiyyə isə etirazlara cavab olaraq 6 min zibil qutusuna yalnız türk adlarının deyil, digər ölkəyə məxsus adların da yazıldığını və bunu ətraf mühitin təmizliyinə riayət edilməsinə diqqət çəkmək üçün etdiyini bildirib/Axar.az.